sa sa 2235
Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir. + Foto Mart 01, 2019 | 12:37 / Tədbirlər

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə həmçinin institutun mülki müdafiə qərargah rəisi İlqar Musayev və institutun kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan institut üzrə fövqəladə hallar komissiyasının sədri Ələmdar Məmmədov tədbirin məqsədinin fövqəladə halların qarşısının alınması və bu vəziyyətdə insanların zəruri davranış qaydaları ilə təlimatlandırılması olduğunu bildirmişdir. O həmçinin istər müharibə, istərsə də dinc şəraitdə əhalinin müdafiəsinin başlıca vəzifə olduğunu bildirmişdir. Daha sonra institutun yanğından müdafiə dəstəsinin üzvü Natiq Allahverdiyev Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə ilə bağlı işi yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq, hər bir müəssisənin bu istiqamətdə məsuliyyətli şəkildə fəaliyyət göstərməsini xüsusilə qeyd etmişdir. Tədbirin sonunda  fövqəladə hallar zamanı görülən işləri əks etdirən videoçarxlar nümayiş olundu.