sa sa 1487
Belarus MEA Fiziologiya İnstitutunun direktoru Dmitri Viktoroviç Tapalski MBBİ-nin qonağı olub + Foto Okt 31, 2023 | 15:59 / Mühüm hadisələr

Oktyabrın 31-də Belarus MEA Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Dmitri Viktoroviç Tapalski Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət edib. D.V.Tapalski institutun müasir avadanlıqlarla təchiz olunmuş Bioadaptasiya, Bioinformatika, Fotobioenergetika, Hüceyrənin membran sistemləri, Populyasiya genomiksi, Genomun quruluşu və ekspressiyası laboratoriyalarında aparılan elmi işlərlə tanış olub. Professor Dmitri Tapalski ilə gələcək elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.