AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının əməkdaşları, aparıcı elmi işçi b.ü.f.d., dos. Nərgiz Sultanova, elmi işçi Nərgiz Bayramova və kiçik elmi işçi Aysel Mədədli 31 oktyabr-4 noyabr tarixlərində Cəlilabad və Masallı rayonlarında ezamiyyətdə olublar. Ezamiyyətin əsas məqsədi monitorinqlərin təşkil olunduğu ərazilərdə kartof və üzüm bitkilərində yayılan patogenlərin aşkarlanması olmuşdur.