sa sa 1418
MBBİ-də Elmi şuranın növbəti iclası keçirilib + Foto Noy 15, 2023 | 12:20 / Mühüm hadisələr

Elmi şuranın noyabrın 15-də keçirilən iclasında İnstitutun Bitki biotexnologiyası, Bioinformatika və Proteomiks beynəlxalq laboratoriyasının illik hesabatları dinlənilib. Məruzəçilər AMEA-nın müxbir üzvü İlham Şahmuradov biologiya üzrə fəlsəfə doktorları Mahirə Məmmədova, Sədaqət Əsədova və İsmayıl Zülfüqarov il ərzində laboratoriyalarda aparılan tədqiqat işlərini şərh etmişlər. Onlar alınan mühüm nəticələr, elmi ezamiyyətlər, çap işləri və kadr hazırlığı haqqında elmi şura üzvlərinə məlumat vermişlər. Aparılan müzakirələrdən sonra hesabatlar qənaətbəxş hesab edilərək qəbul edilib.