sa sa 2128
MBBİ-nin laboratoriya və şöbələrinin illik hesabatları davam edir + Foto Noy 21, 2023 | 12:44 / Mühüm hadisələr

Noyabrın 19-da MBBİ-də Elmi şuranın növbəti iclası keçirilib. İclasda institutun beynəlxalq laboratoriyaları olan Hesablama struktur biologiyası, Molekulyar biotexnologiya, Molekulyar biomühəndislik və Bionanotexnologiya laboratoriyalarının illik hesabatları təqdim edilib. Məruzəçilər AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, REA-nın müxbir üzvü Süleyman Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Qərib Mürşüdov və Aytən Ağayeva beynəlxalq laboratoriyalarda aparılan elmi tədqiqat işlərinin əsas nəticələrini şura üzvlərinin diqqətinə çatdırıblar. Onlar yerli və xarici jurnallarda çap olunan məqalələr, ezamiyyələr və kadr hazırlığı haqqında iclas iştirakçılarına məlumat veriblər. İnstitutun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əliyeva Minaxanım imbb.az saytının 2023-cü il üçün statistik göstəricilərindən bəhs edib. Çıxışlar ərtafında müzakirələr aparıldıqdan və təkliflər səsləndirildikdən sonra hesabatlar qənaətbəxş hesab edilərək qəbul edilib.