sa sa 2373
Akademik İradə Hüseynova İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülüb Noy 24, 2023 | 11:16 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova yüksək elmi nailiyyətlərinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının 2023-cü ildə elm və texnologiya nominasiyası üzrə medal və sertifikatına layiq görülüb. Bu mükafat onun uzun illər boyu gərgin əməyinə verilən yüksək qiymətdir. Bu münasibətlə çox hörmətli İradə xanımı təbrik edir, gələcək elmi-pedoqoji, elmi-təşkilati fəaliyyətinin uğurla həyata keçirilməsində və şəxsi həyatında müvəffəqiyyətlər, can sağlığı arzulayırıq. Əminik ki, o bundan sonra da zəngin həyat təcrübəsini, bilik və bacarığını ölkəmizin gələcəyi və elmin çiçəklənməsi naminə əsirgəməyəcək.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi