sa sa 3542
MBBİ-də doktorluq imtahanları keçirilib + Foto Dek 08, 2023 | 17:04 / İmtahanlar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların qış imtahan sessiyası çərçivəsində imtahanlar keçirilmişdir. Dekabrın 7-də Molekulyar biologiya ixtisası üzrə dissertant Elşən Məmmədov Ümumi biologiya fənni üzrə fərq imtahanında, dekabrın 8-də isə Molekulyar biologiya ixtisası üzrə dissertant Turanə İsgəndərova və Biokimya ixtisası üzrə doktorant Naimə Niyazova ixtisas üzrə doktorluq imtahanlarında iştirak ediblər. İmtahan “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”-na əsasən institutun baş direktoru akademik İradə Hüseynovanın əmri ilə yaradılmış imtahan komissiyaları tərəfindən tərtib edilən biletlər üzrə yazılı və şifahi sorğu üsulu ilə keçirilib. İmtahanlar uğurla başa çatıb.