sa sa 2423
MBBİ beynəlxalq əlaqələrini genişləndirir + Foto Dek 14, 2023 | 10:04 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının  aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova   20.11.2023 - 24.11.2023-cü il tarixlərində Almaniyanın Braunşvayq şəhərində yerləşən Julius Kühn-Institutunda və Leibniz Institut DSMZ - Deutsche Sammlung von Mikroorganismen und Zellkulturen tədqiqat mərkəzində ezamiyyətdə olub. Bitki Virusları Şöbəsinin rəhbəri Stephan Winter MBBİ-nin baş direktoru akademik İradə Hüseynovaya ünvanladığı məktubda təlimin nəticələrindən çox razı qaldığını və gələcəkdə də institutlar arasında daha dərin əməkdaşlıq əlaqələrinin yaradılmasının məqsədəuyğun olduğunu bildirib. Məktubun tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiz.