sa sa 3367
MBBİ-nin əməkdaşı Böyük Britaniyada elmi ezamiyyətdədir + Foto Dek 15, 2023 | 14:57 / Ezamiyyətlər

İnstitutun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Kave Babai Böyük Britaniyanın Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutuna ezam olunub. Ezamiyyə müddətində MRC Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və MBBİ-nin Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri prof. Qərib Mürşüdovun rəhbərliyi altında PDB fayllarda liqandların təhlili, onların koordinasiyalarının müəyyən edilməsi və bu məlumatlar əsasında məsafə və bucaq statistikasının təmin edilməsi üçün proqram təminatının hazırlanması nəzədə tutulub.