sa sa 3338
İnstitutun əməkdaşı Moskva şəhərində yerləşən K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunda ezamiyyətdədir + Foto Dek 18, 2023 | 09:35 / Ezamiyyətlər

Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi, doktorant Mehriban Şabanova Rusiya Federasiyasının Moskva şəhərində yerləşən K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunda elmi rəhbəri, Rusiya EA-nın müxbir üzvü Süleyman Allahverdiyevin rəhbərliyi altında dissertasiya mövzusu üzrə tədqiqatlar aparır. Bir ay müddətində davam edəcək ezamiyyə zamanı Power Graph Professional 33 proqramı vasitəsilə ispanaq yarpaqlarından ayrılmış tilakoid membranlarda fotosistem 2-nin fluoresensiya çıxımında fotoinduksiya edilmiş dəyişikliklərin analizi nəzərdə tutulur.