sa sa 2693
MBBİ-də yanğın təhlükəsizliyi üzrə təlim keçirilib + Foto Yan 11, 2024 | 13:08 / Tədbirlər

Yanvarın 11-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yanğın təhlükəsizliyi üzrə təlim keçirilib. Təlimdə 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Ramil Eminov iştirak edib. R. Eminov institutun əməkdaşlarına yanğın təhlükəsizliyinə dair tələblər, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verib. Həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib və suallar cavablandırılıb.