sa sa 2230
İnstitutun əməkdaşı Pakistanın Lahor şəhərində keçirilən “The Second Meeting of the İnternational Biotechnology Advisory Committee” iclasında iştirak etmişdir Fev 27, 2017 | 10:12 / Konfranslar, iclaslar

27-28 Fevral 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının  Elm Fondu (ECOSF), Pakistanın Lahor şəhərində yerləşən Forman Christian College -  Universiteti  (FCC)  və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) maliyyə dəstəyi ilə Lahor şəhərində Biotexnologiyalar üzrə Beynəlxalq Məsləhət Komitəsinin ikinci iclası keçirilmişdir. İclasda iştirak etmək üçün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunun “Bitki biotexnologiyası” laboratoriyasının aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Sədaqət Əsədova dəvət olunmuşdur. Açılış mərasimindən sonra sessiyalar keçirilmişdir. Üçüncü sessiyada b.ü.f.d. Əsədova “Biotechnology in Azerbaijan” mövzusunda çıxış edərək, mitinqin iştirakçılarını Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun strukturu, fəaliyyəti, elmi nəticələri və perspektivləri ilə tanış etmişdir. İclasın 2-ci günü sessiyaların moderatorları tərəfindən iclasda işıqlandırılmış məlumat haqqında yekun fikirlər söylənilib müzakirələr aparılmışdır. Tədbirin sonunda “Farman Christian College” Universitetinin doktorantura şöbəsinin dekanı Dr. Kauser Abdulla Malik  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə  elmi əməkdaşlığın yaradılmasını təklif etmişdir.