sa sa 2668
“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans Azərbaycan qəzetində işıqlandırılıb Yan 15, 2024 | 11:00 / Nəşrlər

Azərbaycan qəzetinin 2023-ci il 30 dekabr nömrəsində “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans haqqında məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, Azərbaycan xalqının tarixində böyük hadisələr və möhtəşəm qələbələrlə yadda qalan 2023-cü il –“Heydər Əliyev ili” yekunlaşmaq üzrədir. Xalqımız il ərzində Ulu Öndərin 100 illik yubileyini təntənə ilə qeyd etmişdir. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

azerbaijan-news.az