sa sa 1919
MBBİ-nin əməkdaşı elm sahəsi üzrə 2024‑cü il “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb Fev 01, 2024 | 15:10 / Mühüm hadisələr

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclər Prezident mükafatları ilə təltif olunublar.

Elm sahəsi üzrə bu mükafata AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Gülnar Abdullayeva layiq görülüb.

2018-ci ildə MBBİ-də Molekulyar Bİologiya ixtisası üzrə magistratura təhsilini başa vuran Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olmuşdur. Hazırda Gülnar Abdullayeva Birləşmiş Krallığın Oksford Universitetində tədqiqatlarını tamamlayıb və dissertasiya işini müdafiəyə təqdim etmək ərəfəsindədir.

Qeyd edək ki, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun artıq 3-cü əməkdaşı bu böyük mükafata layiq görülüb.