sa sa 7391
MBBİ-də növbəti elmi seminar keçirilib + Foto Fev 09, 2024 | 16:31 / Seminarlar

Bu gün MBBİ-də "Bağırsaq xərçəngində hüceyrə differensiasiyasinin molekulyar əsaslarının öyrənilməsi" mövzusunda növbəti elmi seminar keçirilib. Tədbirdə institutun əməkdaşları ilə yanaşı Mikrobiologiya və Dendrologiya institutunda çalışan gənclər də iştirak ediblər. Seminarda çıxış edən Oksford universitetinin doktorantı Gülnar Abdullayeva gənclərə apardığı tədqiqat işləri haqqında ətraflı məlumat verib. Gülnar Abdulalyeva MBBİ-də magistraturanı fərqlənmə ilə bitirdiyini və hazırda Oksford universittində Onkologiya ixtisası üzrə doktorantura təhsili alan yeganə azərbaycanlı olduğunu bildirirb. O, həmçinin ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elm sahəsi üzrə Prezident mükafatına layiq görüldüyünü və onun elmi nailiyyətlərində MBBİ-nin baş direktoru İradə xanım Hüseynova başda olmaqla institutun digər alimlərinin də böyük rolu olduğunu vurğulayıb. Sonda Gülnar Abdullayeva onun çıxışını böyük maraqla dinləyən gənclərin suallarını cavablandırıb