Fevralın 15-də ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Həmkarlar Təşkilatının hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı yeni təsis olunmuş Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü Məmmədov Məmməd İsa oğlu iştirak edib.
İnstitutun həmkarlar təşkilatının sədri Səadət Xudaverdiyeva son iki ildə təşkilatın fəaliyyəti haqqında hesabat verdikdən sonra ikinci dəfə ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Həmkarlar Təşkilatının sədri seçilib. İclasda həmçinin Həmkarlar İttiafqı Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibi təsdiqlənib.