sa sa 1698
MBBİ-də elmlər doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirilib + Foto Fev 13, 2024 | 11:57 / Konfranslar, iclaslar

Fevralın 13-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmlər doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynovanın 24 yanvar 2024-cü il tarixli əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında dissertantlar 2023-cü il ərzində yerınə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat vermis, fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfranslarda iştirak, çap işləri müzakirə edilmişdir. Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş dissertantların növbəti ildə təhsillərini davam etdirməsi tövsiyə olunmuşdur.