sa sa 1746
MBBİ-də Elmi şuranın növbəti iclası keçirilib + Foto Fev 20, 2024 | 12:49 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Iclasda 2024-cü il üçün laboratoriyaların mövzu planları və əməkdaşların fərdi iş planları müzakirə olunub, Elmi Şuranın tərkibində qismən dəyişiklik edilməsi haqqında məsələyə baxılıb. Sonra Cənubi Koreyanın Pusan Milli Universitetində ezamiyyədə olan Proteomiks beynəlxalq laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Aynurə Paşayevanın ezamiyyə müddətinin uzadılması haqqında müraciəti, Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Zərifə Süleymanovanın 60 illik yubileyi münasibətilə mükafatlandırılması və digər təşkilati məsələlər müzakirə olunub.