sa sa 1302
Tədqiqatçının uğurları Mart 06, 2024 | 12:00 / Nəşrlər

Azərbaycan qəzetində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Gülnar Abdullayeva haqqında məqalə dərc olunub. 2018-ci ildə MBBİ-də Molekulyar Biologiya ixtisası üzrə magistratura təhsilini başa vuran Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olub və hazırda Birləşmiş Krallığın Oksford Universitetində tədqiqatlarını tamamlayıb. Gülnar Abdullayeva "Bağırsaq xərçəngində hüceyrə differensiasiyasının molekulyar əsaslarının öyrənilməsi" mövzusunda dissertasiya işini müdafiəyə təqdim etmək ərəfəsindədir. Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

https://www.azerbaijan-news.az/