sa sa 1211
Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Ahmad Naz “Genom assosiasiyalarının analizi və məlumatların interpritasiyası” mövzusunda təlim keçirib + Foto Mart 06, 2024 | 15:00 / Seminarlar

Martın 6-da Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Ahmad Naz Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub. Professor Naz “Genom assosiasiyalarının analizi və məlumatların interpritasiyası” mövzusunda təlim keçirib. Alim bütöv genom üzrə assosiasiyaların tədqiqi zamanı verilənlərin izahı və analizi, bu zaman meydana çıxan çətinliklər, səhv interpretasiya ehtimalları haqqında məlumat verib. İnstitutun gənc tədqiqatçıları, magistrantlar, doktorant və dissertantlar tədbirdə fəal iştirak ediblər.