sa sa 1230
MBBİ-də “Genom redaktəsi və onun mədəni bitkilərdə innovasiyaları” mövzusunda seminar keçirilib + Foto Mart 07, 2024 | 15:00 / Seminarlar

Martın 7-də Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Ahmad Naz MBBİ-nin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları ilə tanış olub. Qonağa institutda aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr haqqında ətraflı məlumat verilib. Daha sonra “Genom redaktəsi və onun mədəni bitkilərdə innovasiyaları” mövzusunda seminar keçirilib. Professor Ali Ahmad Naz genom redaktə texnologiyalarının tətbiq imkanları haqqında məlumat verib, mexanizmini izah edib və bu istiqamətdə apardıqları tədqiqatların uğurlu nəticələrini təqdim edib. Alimin çıxışı MBBİ-nin əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb. Çıxış ətrafında müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.