sa sa 1264
MBBİ-nin əməkdaşları Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto Mart 10, 2024 | 15:11 / Ezamiyyətlər

Martın 9-da MBBİ-nin əməkdaşları İnstitutun baş direktoru, akademik İradə Hüseynova, icraçı direktor b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.e.d. Şahniyar Bayramov, b.ü.f.d., dosent Samirə Rüstəmova, b.ü.f.d., dosent Ulduza Qurbanova, b.ü.f.d. Ülkər İbrahimova, bioadaptasiya laboratoriyasının əməkdaşları Turanə İsgəndərova, Səidə Zülfüqarova, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şövəsinin müdiri Minaxanım Əliyeva  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Səfərdə Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Ahmad Naz da iştirak edib. Qobustan Bölgə Təcrübə Stansiyasının  direktoru Atabəy Cahangirov dəmyə şəraitində aparılan seleksiya işləri haqqında ətraflı məlumat verib. Görüşdə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AR KTN Elmi Tədqiqat Əkinçilik İnstitutu və Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universiteti arasında gələcək əməkdaşlıq və birgə layihə imkanları müzakirə olunub.