sa sa 1114
Bakı Dövlət Universitetinin tələbələri AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İstehsalat təcrübəsi keçir + Foto Mart 05, 2024 | 11:01 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin 22 nəfərdən ibarət olan heyəti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İstehsalat təcrübəsi keçir. Tələbələrin fevral ayının 16-da başlayan təcrübəsi aprelin 4-nə kimi davam edəcək. Onlar İnstitutun müxtəlif laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olmaqla yanaşı, aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər. Tələbələrlə görüşən MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova Bakı Dövlət Universiteti və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutları arasında uzun müddət davam edən qarşılıqlı əməkdaşlıq çərçivəsində hər il BDU tələbələrinin İMBB-də istehsalat təcrübəsi keçməsinin elm və təhsilin inteqrasiyası üçün böyük əhəmiyyətini vurğulayaraq, tələbələrə təhsil və tədqiqat işlərində uğurlar arzulayıb.