sa sa 1257
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilmişdir + Foto Mart 12, 2024 | 14:55 / Mühüm hadisələr

12 mart 2024-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilmişdir. Doktorantlar 2023-cü il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat vermiş, fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və təcrübəkeçmələrdə iştirak, çap işləri müzakirə edilmişdir. Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş doktorantların növbəti ildə təhsillərini davam etdirməsi tövsiyə olunmuşdur.