sa sa 1180
MBBİ-də fəlsəfə doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirilib + Foto Mart 13, 2024 | 15:51 / Mühüm hadisələr

13 mart 2024-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirilib. Hər bir dissertantın 2023-cü il üçün fərdi iş planında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı və nəşr edilmiş məqalələr haqqında məlumat verilib.  Dissertantların elmi tədqiqat işləri Attestasiya Komissiyasının üzvləri tərəfindən müzakirə olunub, tövsiyyələr verilib. Daha sonra fərdi iş planlarına uğun tədqiqat işlərini tam həcmdə yerinə yetirmiş dissertantların növbəti ildə təhsillərini davam etdirməsi tövsiyə olunub.