Martın 19-da-İlaxır çərşənbə axşamında başda institutun baş direktoru, akademik İradə Hüseynova olmaqla AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) və AMEA-nın Biologiya və Tibb bölməsinin əməkdaşları MBBİ-nin yaradıcısı, akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər. Ziyarətçilər alimin məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.