sa sa 1045
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və AR KTN Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb + Foto Mart 15, 2024 | 11:55 / Mühüm hadisələr

Martın 15-də  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq   Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı və institutun direktor müavini aqrar elmlər üzrə fəlsəfə doktoru Sevil Süleymanova AR ETN Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunda olublar. Qonaqlar institutun laboratoriyaları ilə, aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr ilə tanış olublar. Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutu ilə Meyvəçilik və Çayçılıq   Elmi-Tədqiqat İnstitutu arasında bitki biotexnologiyası və molekulyar fitopatologiya sahələrində qarşılıqlı maraq doğuran mövzular və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi müzakirə edilib, əməkdaşlıq haqqında müqavilə imzalanıb.