sa sa 6969
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prof.Dr. Levent Çavaşın elmi seminarı keçirilib + Foto Apr 05, 2024 | 10:51 / Seminarlar

Aprelin 4-də Türkiyənin Doqquz Eylül Universiteti Fənn fakültəsi Kimya Departamentinin rəhbəri Prof.Dr. Levent Çavaş AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət edib. Qonaq institutun  laboratoriyaları ilə tanış olub. Prof.Dr. Levent Çavaşa institutda aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr haqqında ətraflı məlumat verilib. Daha sonra institutun Kiçik akt zalında Prof.Dr. Levent Çavaşın “Çirkləndiricilərə qarşı boyalar və biosidlərin mövcud problemləri” mövzusunda elmi seminarı keçirilib. Alim öncə  calışdığı Doqquz Eylül Universiteti, burada aparılan tədqiqatlar haqqında məlumat verib. Sonra çirklənmə əleyhinə istifadə edilən boya maddələrinin tərkibi, onlara verilən tələblər, bu istiqamətdə aparılan elmi tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında seminar iştirakşılarını məlumatlandırıb. Qonağın çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məruzəçi verilən sualları cavablandırıb və çıxış ətrafında geniş müzakirələr aparılıb.