sa sa 612
Elm Günü münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” diplomu ilə təltif olunub. + Foto Apr 09, 2024 | 11:19 / Mühüm hadisələr

MBBİ-nin Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” diplomu ilə təltif olunub. N. Bayramova 2023-cü ildə “GLRaV-3 patogenezi zamanı üzüm bitkisində fizioloji və anatomik dəyişikliklərin tədqiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Dəfələrlə Azərbaycanda və xarici ölkələrdə (Pakistan, Rusiya) keçirilən elmi konfranslarda iştirak edən gənc alimin apardığı tədqiqatların nəticələri bir çox yerli və beynəlxalq jurnallarda (Indian Journal of Science and Technology, Physiological and Molecular Plant Pathology-İF 2.741) çap edilib. N.Bayramova Gənc Alim və Mütəxəssislər şurasının sədri kimi MBBİ-nin ictimai həyatında, ölkəmiz və institut üçün əlamətdar olan günlərə həsr olunan tədbirlərin keçirilməsində həmişə fəal olub.