sa sa 401
MBBİ-nin əməkdaşları Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq Məntəqəsində elmi ezamiyyətdə olublar + Foto Apr 22, 2024 | 16:08 / Ezamiyyətlər

Aprelin 18-19-da  AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  Xloroplastların fotokimyası laboratoriyasının əməkdaşları AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.e.d. Atabəy Cahangirov, b.ü.f.d. Mayaxanım Xanışova, b.ü.f.d. Ülkər İbrahimova, elmi işçi Könül Tağıyeva  AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar  Dayaq Məntəqəsində elmi ezamiyyətdə olublar. MBBİ-nin əməkdaşları təcrübə sahəsində əkilmiş buğda sortları üzərində fenoloji müşahidələr apararaq xloroplastların fotokimyəvi fəallığı, fotosintetik piqmentlər və su mübadiləsi parametrlərinin tədqiqi üçün bitki nümunələri götürüblər.