sa sa 4489
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin nümayəndələri MBBİ-də olublar + Foto Apr 29, 2024 | 15:00 / Mühüm hadisələr

"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Elm və İnnovasiya proqramı çərçivəsində bur qrup tələbə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət edib. Tələbələr institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında biologiyanın müasir tədqiqat metodları ilə yaxından tanış olublar. Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Bioadaptasiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Nərgiz Bayramova, Hüceyrənin membran sistemləri laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Nahidə Əliyeva, Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İsmayılova, Fotobioenergetika laboratoriyasının kiçik elmi işçiləri Könül Cümşüdlü və Pərvin Səfərova, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova laboratoriyalarda aparılan elmi tədqiqat işləri haqqında tələbələrə ətraflı məlumat veriblər.