Akademik İradə Hüseynova "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Elm və İnnovasiya proqramının açılış mərasimində iştirak edib + Foto
Apr 29, 2024 | 12:29 / Mühüm hadisələr
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Elm və İnnovasiya proqramının açılış mərasimi baş tutub. AR Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova proqramı rəsmi açıq elan edib. Tədbirdə çıxış edən AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova Azərbaycanda elmin keçdiyi yoldan, elm sahəsində böyük nailiyyətlərə imza atmış nüfuzlu azərbaycanlı alimlərdən, dövlətin gənclərə göstərdiyi qayğı və dəstəkdən, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun uğurlu gənclərindən bəhs edib. Ümumilikdə, 1 ay davam edəcək proqram çərçivəsində daxil olmuş 500-dən çox müraciətlər arasından seçilən 33 tələbəyə elmi etika, elmi icmallarin yazılması, elmmetrik bazalardan istifadə, əyani təcrübələr, ixtisaslar üzrə aktual təlimlərin keçirilməsi nəzərdə tutulub.