sa sa 4740
"Sabahın alimləri” XIII Respublika müsabiqəsi başa çatıb + Foto Apr 30, 2024 | 16:43 / Mühüm hadisələr

Aprelin 19-da “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin final mərhələsinin bağlanış mərasimi keçirilib. Müsabiqəyə təqdim olunmuş AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanovanın rəhbərlik etdiyi layihə finala yüksəlmişdir.  Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirləri Tağıyeva Dəniz və Vəlizadə Zəhranın iştirak etdiyi bu layihə 3-cü yerə layiq görülmüşdür. Şagirdlər diplom və medal, həmçinin xüsusi mükafatlarla, qalib layihələrin elmi rəhbəri isə təşəkkürnamə ilə təltif olunub. Layihənin mövzusu radioaktivliyə davamlı olan İkidilim ginkqo bitkinin antioksidant xüsusiyyətlərinin tədqiqi əsasında kosmetik kremlərin hazırlanmasına həsr olunub.