AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində 3-cü yeri tutmuş Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirləri Dəniz Tağıyeva və Zəhra Vəlizadəni, eləcə də Kompleksin müəllimi Leyla Qələndərlini qəbul edərək, onları müsabiqədə qazandıqları uğurlu nəticə münasibətilə təbrik etmişdir. Görüşdə Leyla xanım akademik İradə Hüseynovaya müvafiq tədqiqatlar üçün institutda yaradılmış şəraitə görə Kompleksin rəhbərliyi adından dərin təşəkkürlərini bildirmişdir.