sa sa 532
Biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransında çıxış edib + Foto May 08, 2024 | 09:00 / Konfranslar, iclaslar

Aprelin 26-27-də  Bakı Mühəndislik Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilib. Beynəlxalq tədbirdə 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərilib və onlardan 548-i konfransın proqramına daxil edilib. Konfransa həmçinin Azərbaycanın 35-dən çox ali təhsil müəssisəsindən məruzələr təqdim olunub. Beynəlxalq konfransda Molekulyar Biologiya və Biotexnologiyalar İnstiutunu Biadaptasiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Nərgiz Bayramova təmsil edib. Gənc tədqiqatçı “Üzümün yarpaq burulması virusu-3 (GLRaV-3) ilə yoluxmuş  yarpaqlarda hüceyrələrinin ultrastruktur patologiyası” mövzusunda çıxış edib və məruzə ətarfında verilən sualları cavablandırıb.