03.05.24-04.05.24 tarixlərində Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş ,,Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mözsunda beynalxalq elmi konfrans keçirilib. Elmi konfrans müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 7 ölkədən daxil olan 700-dən çox məqalə 5 cilddə kitabda nəşr olunub. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova konfransda “Virus patogenezi zamanı üzüm yarpaqlarında bəzi fzioloji göstəricilərin təyini” mövzusunda çıxış edib. Gənc tədqiqatçının çıxışı böyük maraqla qarşılanıb.