sa sa 7835
MBBİ-nin əməkdaşları Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto May 13, 2024 | 15:51 / Ezamiyyətlər

07.05.2024-08.05.2024-ci il tarixlərində  AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  Xloroplastların fotokimyası laboratoriyasının əməkdaşları AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.e.d. Atabəy Cahangirov, b.ü.f.d. Mayaxanım Xanışova, b.ü.f.d. Ülkər İbrahimova və elmi işçi Könül Tağıyeva Qobustan rayonunda Elmi Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin məqsədi F5 nəsil valideyn və hibridlər üzərində fenoloji müşahidələr aparmaq, bitkilərin inkişaf səviyyəsi və xəstəliklərə davamlılığını qiymətləndirmək və həmçinin laboratoriya analizləri üçün hibrid nümunələrinin götürülməsi olub.