sa sa 4376
MBBİ-nin əməkdaşı “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru" Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında birinci yerə layiq görülüb + Foto May 22, 2024 | 16:00 / Konfranslar, iclaslar

Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru" Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransda AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu geniş tərkiblə təmsil olunub. MBBİ-nin Bioadaptasiya laboratoriyasının əməkdaşları b.ü.f.d. Səmra Mirzəyeva, b.ü.f.d. Nərgiz Bayramova, Səidə Zülfüqarova, Fotobioenergetika laboratoriyasının əməkdaşı Könül Cümşüdlü və digər gənc tədqiqatçılar konfransda çıxış ediblər. Biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyevanın “Quraqlıq və TYLCV virusunun birgə təsirinə məruz qalan yerli genotiplərdə sellüloza sintaza geninin ekspressiyasının analizi” mövzusunda çıxışı yüksək qiymətləndirilib və alim birinci yerə layiq görülüb.