Bugün AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, istedadlı alim və pedaqoq akademik İradə xanım Hüseynovanın doğum günüdür.
Hörmətli İradə xanım, MBBİ kollektivi adından Sizə ən səmimi təbriklərimizi bildiririk. Qoy ömrünüzün bu xoş günü mənalı həyatınızın yeni başlanğıcı olsun. Arzumuz budur ki, qəlbinizdəki bütün istəkləriniz həyatda öz əksini tapsın, ömrünüzün hər dəqiqəsi parlaq və mənalı, həyatınızın hər günü əvvəlki gündən daha gözəl və sizi xoşbəxt edəcək şəkildə olsun.
Əziz İradə xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan elminin inkişafı yolunda yeni uğurlar arzulayırıq!