Mayın 27-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların yay imtahan sessiyası keçirilib. 2422.01 “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisası üzrə doktorluq imtahanında institutun Bitki biotexnologiyası laboratoriyasının elmi işçiləri, doktorant Aygün Sadiqova və dissertant Günay İsmayılova iştirak ediblər. İmtahan “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na əsasən institutun baş direktoru akademik İradə Hüseynovanın əmri ilə yaradılmış komissiya tərəfindən tərtib edilən biletlər üzrə yazılı və şifahi sorğu üsulu ilə keçirilib. Aygün Sadiqova və Günay İsmayılova imtahanda yüksək nəticələr göstəriblər.