21.05.2024-22.05.2024 tarixlərində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva, Bioadaptasiya laboratoriyasının elmi işçiləri Turanə İsgəndərova və Səidə Zülfüqarova KTN Əkinçilik ET İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyə zamanı müsabiqəli sort sınağına daxil olan genotiplərdə polipen cihazı ilə ölçmələr aparılıb. Tədqiqatların laboratoriya şəraitinda davam etdirilməsi, antioksidant müdafiə sistemi komponentlərinin təyini üçün həmin genotiplərdən nümunələr götürülüb.