sa sa 6145
Türk Nobel mükafatçısı Əziz Sancar Azərbaycanda + Foto İyn 07, 2024 | 16:17 / Nəşrlər

Xalq qəzetinin 2 iyun 2024-cü il tarixli nömrəsində “Türk Nobel mükafatçısı Əziz Sancar Azərbaycanda” adlı məqalə dərc olunub.  Məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə ölkəmizə səfər edən Əziz Sancarın  elmi müəssisə və təşkilatlarında çalışan alimlərlə görüşləri ətraflı işıqlandırılıb. Alimin həmçinin Molekulyar Biologiya və Biotexnologiyalar institutnda olması haqqında məlumat verilib.MBBİ-də olmağından məmnunluğunu ifadə edən Nobel Mükafatçısı institutun kadr potensialını, burada elmi-tədqiqat istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Böyük alim institutun “Xatirələr kitabı”na ürək sözlərini yazaraq, MBBİ-nin gənc əməkdaşlarının genetika sahəsindəki tədqiqatlarının Azərbaycanda və ümumilikdə Türk dünyasında insanlığa faydalı olacağına inamını bildirib.