Hazırda Birləşmiş Krallığın Oksford Universitetinin Onkologiya Şöbəsində çalışan AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Gülnar Abdullayeva dünya üzrə universitetləri, əczaçılıq şirkətlərini və elmi tədqiqat institutlarını yüksək keyfiyyətli biokimyəvi maddələr, anticisimlər və reagentlərlə təmin edən nüfuzlu HelloBio şirkətinə müsahibə verib.
2018-ci ildə MBBİ-də Molekulyar Biologiya ixtisası üzrə magistratura təhsilini başa vuran Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olmuşdur. Birləşmiş Krallığın Oxford Universitetində Onkologiya sahəsində tədqiqatlar aparan Gülnar Abdullayeva 2024-cü ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb. Dissertasiya işini uğurla müdafiə etdikdən sonra Gülnar Adullayeva onkologiya sahəsində tədqiqatlarını davam etdirir. Gənc alim müsahibəsində elmi rəhbərləri, professor Valter Bodmer və akademik İradə Hüseynovaya sərf etdikləri əməyə və göstərdikləri qayğıya görə minnətdar olduğunu bildirib.
Müsahibənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: