sa sa 4797
MBBİ-nin əməkdaşı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbirlər çərçivəsində fəaliyyətlərini davam etdirirlər + Foto İyn 12, 2024 | 15:00 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbirlər çərçivəsində fəaliyyətlərini davam etdirirlər. Bioadaptasiya laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Tofiq Allahverdiyev və Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İsmayılova Heydər Əliyev adına Müasir Təhsil Kompleksində  keçirilən Elmi nailiyyətlər sərgisində şagirdlərin əl işləri ilə tanış olublar. Günay İsmayılova liseyin şagirdləri qarşısında “Biotexnologiya. Biotexnoloji obyektlər. Bioyanacaq - alternativ enerji mənbəyi kimi”, b.e.d. Tofiq Allahverdiyev isə “Fotosintez Yer kürəsində həyatın mənbəyidir” mövzuları ilə çıxış ediblər.