MBBİ-nin əməkdaşı Çexiyada elmi ezamiyyətdə olub + Foto
İyn 20, 2024 | 13:47 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası labotoriyasının elmi işçisi, Aygün Sadiqova 09.06.2024 -12.06.2024 tarixlərində Çexiya respublikasının Praqa şəhərində yerləşən Ekspermental Botonika İnstitutunda elmi ezamiyyətdə olub. Ezamiyyənin məqsədi “Praktiki gübrələmə: İstilik stressi altında polen borularının böyüməsi və nəzarət analizi üçün introduksiya alətləri” mövzusunda keçirilən təlim məktəbində iştirak etmək idi. Aygün Sadiqova Ekspermental Botonika İnstitutunun Polen biologiyası labotoriyasının müasir avadanlıqları ilə tanış olub, aparılan təcrübələrdə yaxından iştirak edib və VAHEAT dinamik termal control sisteminin işləmə mexanizmini dərindən mənimsəyib. Ezamiyyət zamanı müxtəlif ölkələrdən olan gənc təqdiqatçılar öz tədqiqat işlərini təqdim edib və fikir mübadiləsi aparıblar.