sa sa 2203
Professor Qərib Mürşüdovun ADA Universitetində “Molekulyar biologiyada hesablama metodlarının rolu” mövzusunda elmi seminarı keçirilib + Foto Mart 14, 2019 | 12:23 / Mühüm hadisələr

Martın 11-də ADA Universitetində Kembric şəhərində yerləşən Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası laboratoriyasının müdiri, Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdovun “Molekulyar biologiyada hesablama metodlarının rolu” mövzusunda elmi seminarı keçirilib. Azərbaycan elmi ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirak etdiyi bu tədbir akademik Roald Saqdeyevin moderatorluğu ilə keçirilib. Qərib Mürşüdovun məruzəsi seminar iştirakçıları tərərfindən çox böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirə aparılıb.

Qeyd etmək lazımdır ki, Kembric Molekulyar Biologiya İnstitutu dünyada molekulyar tədqiqatlar sahəsində ən nüzuflu institut hesab olunur. Bu gün institutda 14 nobel mükafatçısı çalışır. Professor Qərib Mürşüdovun bu institutda laboratoriya müdiri vəzifəsində çalışması Azərbaycan xalqı üçün qürürdur. O, Nature, Science və s. nüfuzlu jurnallarda çap olunan 100-dən artıq məqalənin müəlllifidir. Onun əsərlərinə istinadların sayı 32000-dən artıqdır. Web of science h indeksi 44-dür.