Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Şahniyar Bayramov 5-6 sentyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən Təbiət Elmiləri Universitetində elmi ezamiyyətdə olub. Ezamiyyənin məqsədi COST-FruitCREWS WG3 qrupunun toplantısında iştirak etmək idi. Tədbirdə müxtəlif Avropa ölkələrindən 15-dən çox nümayəndə iştirak edib. İki gün ərzində tədbir cərcivəsində müxtəlif meyvə ağaclarının dəyişən iqlim şəraitində suvarma sistemlərinin təşkili, mühüm meyvə bitkiləri haqqında icmal məqalələrin hazırlanması zamanı mövcud ədəbiyyat materiallarının toplanması və onların sistemləşdirilməsi sahəsində fikir mübadiləsi aparılıb. Ş.Bayramov bu sahədə çalışan alimlərin təqdimatları ilə tanış olub və müzakirələrdə fəal iştirak edib. Tədbirdə həmçinin işçi qrupunun gələcək fəaliyyət planı müzakirə olunub.