26 sentyabr 2024-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioadaptasiya laboratriyasının elmi işçisi Naimə Niyazovanın "Tomat sortlarının (Solanum Lycopersicum L.) quraqlıq stresi, rehidratasiya və potensial biostimulyatorların təsirinə cavab reaksiyalarının tədqiqi" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. 2406.02 “Biokimya” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən işin rəhbərləri MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova və İtalya Respublikası Florensiya şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurası Davamlı Bitki Mühafizəsi İnstitutunun əməkdaşı Dr. Biancaelena Masertidir.
İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edərək aldığı nəticələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, dissertasiya işinin əsas məqsədi yerli və İtaliya mənşəli tomat sortlarının quraqlıq stresi, rehidratasiya və potensial biostimulyatorların təsirinə cavab reaksiyalarının öyrənilməsi olub. Tomat bitkisinin ətraf mühitin stres faktorlarına davamlılığın artrılması və məhsul itkisinin minimum həddə çatdırılması həm əhalinin ərzaq təhlükəsizninliyinin təmin edilməsi, həm də iqtisadi itkinin qarşısının alıması cəhətdən böyük əhəmiyyət kəsb edir. Dissertaiya işində Azərbaycanda ilk dəfə olaraq Nostoc piscinale sianobakteriyasından və makroyosundan əldə edilmiş ekstraktın tomat bitkisinə biostimulyator və antifunqal təsiri tədqiq edilib.
Təqdimatdan sonra rəyçilərin çıxışları dinlənilib və dissertasiya ətrafında geniş müzakirələr aparılıb. Naimə Niyazova verilən sualları cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması barədə qərar qəbul olunub.