Sentyabrın 27-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutn baş direktoru, akademik İradə Hüseynova Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İnstitutun Attestasiya komissiyasının 10 iyul 2024-cü il tarixli qərarına əsasən müsabiqədən keçmiş institut əməkdaşlarının elmi fəaliyyətinə müsabiqə komissiyasının verdiyi rəy şura üzvləri tərəfindən təsdiq olunub. 2024/2025-ci tədris ilində institutda doktorantura və dissertanturaya qəbulun nəticələri haqqında məlumat dinlənilib. MBBİ ilə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutu arasında elmi əməkdaşlığa dair bağlanmış Memorandum haqqında məlumat verilib. Sonra institutun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovun və Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizovun Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Şahniyar Bayramovun Çexiya Respublikasının Praqa şəhərində yerləşən Təbiət Elmiləri Universitetinə, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Samirə Rüstəmovanın Almaniya Federativ Respublikasına Osnabruk Tətbiqi Elmlər Universitetinə ezamiyyəsi ilə bağlı hesabatlar dinlənilib. Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının müdiri vəzifəsinin laboratoriyanın böyük elmi işçisi, b.ü.f.d. Aytən Ağayevaya həvalə olunması, Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi və digər cari məsələlər müzakirə olunub.