sa sa 381
Gənclər Hərbi Qənimətlər Parkını ziyarət ediblər + Foto Sen 27, 2024 | 16:00 / Mühüm hadisələr

Sentyabrın 27-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının nüamyəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Gənclər 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar. Qeyd edək ki, Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.